Premyer Liqanı A Seriyasına dəyişdi

21:41 - 11 Avqust 2022

İtaliyanın "Torino" klubu növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Vest Hem"dən Nikola Vlaşiçi transfer edib. Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

 

Xorvatiyalı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Torino"da keçirəcək.

 

Qeyd edək ki, Nikola Vlaşiç "Vest Hem"ə 2021-ci ilin yayında Moskva ÇSKA-sından transfer olunub. 24 yaşlı futbolçu London klubunun heyətində meydana çıxdığı 31 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti