Millimiz Kameruna məğlub oldu

22:09 - 11 Avqust 2022

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.

 

Sportal.az xəbər verir ki, yığmamız A qrupundakı ikinci görüşündə Kamerun seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycanın 0:3 (19:25, 23:25, 15:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Xatırladaq ki, milli komanda qrupun ilk oyununda Sudana qalib gəlmişdi – 3:0.

Xəbər xətti