"Qarabağ" "Viktoriya" ilə heç-heçə etdi - YENİLƏNİB

22:36 - 17 Avqust 2022

Bu gün "Qarabağ" Çempionlar Liqasında pley-off matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçi Çexiyanın "Viktoriya" (Plzen) klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç 20:45-də başlayacaq.

Kevin Medinanın oynamayacağı dəqiqdi. Maksim Medvedevin isə meydana çıxıb-çıxmayacağı sual altındadı.

Cavab görüşü avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Çempionlar Liqası

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) 0:0 

Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)
​Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti