Serbiya klubu bosniyalı forvardın "Sumqayıt"a keçdiyini açıqladı - FOTO

19:16 - 18 Avqust 2022

"Sumqayıt" Serbiyadan forvard gətirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Çukariçki"də çıxış edən Almir Aganspahiçi heyətinə qatıb.

"Sumqayıt"dan bu barədə rəsmi açıqlama olmasa da, Serbiya klubu rəsmi instaqram səhifəsində bununla bağlı paylaşım edib. Klub Almir haqda bunları yazıb:

"Çukariçki"nin hücumçusu Almir Aganspahiç mövsümün sonuna kimi Azərbaycanın “Sumqayıt” klubuna icarəyə verilib. Bir neçə yerli klub Sarayevoda doğulan futbolçunu icarəyə götürməkdə maraqlı idi. Lakin ən konkret və israrlısı “Çukariçki”nin ötən mövsüm Konfrans Liqasındakı rəqibi komanda oldu".

1996-cı il təvəllüdlü forvard "Sarayevo", "Osiyek", "Raufoss", "Mladost"(Doboy Kakanj), "Krupa", "Çelik", "Novi Pazar" klublarında çıxış edib. 25 yaşlı forvard mərkəz hücumçusudu. 





Mirbağırağa

Xəbər xətti