Millimizin qolkiperi "Neftçi"yə keçdi

11:27 - 19 Avqust 2022

Futzal üzrə milli komandamızın qolkiperi Emin Kürdov "Neftçi" İK-da oynayacaq.

Sportal.az Futzal Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, EKOL-dan ayrıldıqdan sonra klubsuz qalan qolkiper “ağ-qaralar”la müqavilə imzalayıb.

Onun "Neftçi" İK ilə müqaviləsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.

Xəbər xətti