Azərbaycan millisinin sabiq hücumçusu "Herta" ilə anlaşdı

12:45 - 19 Avqust 2022

Azərbaycan milli komandasının sabiq forvardı Pərdis Fərcad-Azad Almaniyada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu “Berliner”dən ayrılaraq “CFC Herta”(Berlin) ilə anlaşıb.

Ölkəmizdə “Sumqayıt”, “Zirə”, “Keşlə” klublarında da oynamış Pərdis Azərbaycan millisində 6 oyun keçirib. 

Xəbər xətti