Seneqallı futbolçu "Qarabağ"a qarşı oynaya bilməyəcək

11:38 - 30 Sentyabr 2022

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Olimpiakos"un zədəli futbolçusu Usseyn Banın qarşıdakı görüşlərdə meydana çıxıb-çıxmayacağı bəlli olub.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, seneqallı müdafiəçi minimum 10 gün komandasına kömək edə bilməyəcək.

Belədə, Banın AL-in üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı matçda meydana çıxa bilməyəcəyi dəqiqləşib.

​"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Xəbər xətti