"Mançester Yunayted" niderlandlı üçün 90 milyon avro ödəyəcək

13:48 - 30 Sentyabr 2022

"Barselona"nın futbolçusu Frenki de Yonq "Mançester Yunayted"ə keçə bilər.

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, İngiltərə klubu mövsüm sonunda niderlandlını transfer etmək üçün Kataloniya klubuna növbəti təklifini irəli sürəcək.

Əslində, De Yonq "Mançester Yunayted"ə mövsümün əvvəlində keçə bilərdi. Amma o, sonda hazırkı klubunda qalmağa üstünlük verib. "Qırmızı şeytanlar" isə Niderland millisinin üzvü üçün klubuna 90 milyon avro ödəməyə hazırdı.

Xəbər xətti