Millimizin rəqibi heyətini açıqladı

13:23 - 4 Oktyabr 2022

Futzal üzrə dünya çempionatının əsas mərhələsində Azərbaycanın rəqibi olan Polşa millisinin heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, Blazey Korçinskinin rəhbərlik etdiyi kollektiv Bakıdakı oyuna 15 futzalçı ilə gələcək:

Mixal Klaus, Mixal Kaluza, Raymund Şetsla, Pauel Kanevski, Tomaz Kriezel, Yakub Raszkouski, Kasper Sendlevski, Patrik Holi, Mateus Mroviç, Mixal Kubik, Sebastian Leszczak, Bartlomey Naurat, Kamil Surmiak, Mikolay Zastavnik, Kamil Roll.

Xatırladaq ki, oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Polşa görüşü saat 20:00-da start götürəcək. 

Xəbər xətti