İspaniya millisinin forvardı dünya çempionatı üçün heyətə cəlb edilə bilər

14:36 - 4 Oktyabr 2022

İspaniya millisinin və "Vilyarreal"ın forvardı Jerar Morenonun bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək şansı yüksəlib. 

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, zədəsini sağaldan ispan milliyə dəvət almaq üçün intensiv hazırlıqlara start verib. 

30 yaşlı hücumçu sentyabrın 11-də, "Betis"lə (1:0) görüşdə zədələnib. Onun oktyabrın sonuna qədər sıraya qayıdacağı gözlənilir. 

Noyabrın əvvəlində Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək İspaniya millisinin heyəti açıqlanacaq. 

Xatırladaq ki, dünya çempionatı gələn ayın 20-də oynanılacaq.

Xəbər xətti