Yunanıstan mətbuatı: "Qarabağ"a qarşı hücum xəttində kim oynayacaq?

15:35 - 4 Oktyabr 2022

Yunanıstanın "Olimpiakos" klubu Avropa Liqasının G qrupunun 3-cü turunda "Qarabağ"a qarşı keçiriləcək oyunda hücumun irəli ucunda yaranmış problemin həllini axtarır.

Sportal.az "SDNA" portalına istinadən xəbər verir ki, Yusuf Əl-Arabinin zədələnməsi, Hvanq Iy Conun matça tam hazır olmaması, Sedrik Bakambunun isə AL oyunları üçün sifariş edilməməsindən sonra baş məşqçinin istifadə biləcəyi tək hücumçu Abubakar Kamaradı.

Yunanıstanlı həmkarlarımızın yazdığına görə, Kamaranın performansı da Miçeli qane etmir. İspaniyalı məşqçinin bu mövqedə Pepa Bilyanın xidmətindən "yalançı doqquzluq" kimi istifadə edəcəyi gözlənilir. Yekun qərar böyük ehtimalla sabah veriləcək.

​"Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da Pireydəki Georgios Karaiskakis stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Mirbağırağa

Xəbər xətti