Millimizin veteran futbolçusu Rusiya klubunda işləyəcək

14:51 - 5 Oktyabr 2022

"Səbail"dən ayrıldıqdan sonra işsiz qalmış Emin Ağayev özünə yeni iş yeri tapıb.

Sportal.az saytına verilən məlumata görə, milli komandamızın veteran üzvü Rusiyanın "Ximki" klubunda çalışacaq. O, "Ximki"nin U-19 komandasının baş məşqçisi Nazim Süleymanovun köməkçisi vəzifəsində işləyəcək.

Ağayevin Moskva vilayətinin klubu ilə müqaviləsi mövsümün sonuna qədərdi. 

Xəbər xətti