"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın daha bir klubunun maraq dairəsindədir.
Sportal.az "fanatik.ro" saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı "Universitetya Krayova"nın baş məşqçi postuna əsas namizəddir.
Mirel Redoy ölkə kubokundakı uğursuzluqdan sonra istefa verdiyindən həmin post boş qalıb. Krayova təmsilçisinin rəhbərliyi 2021/2022 mövsümündəki baş məşqçisini geri qaytarmaq niyyətindədir.
Tarix: 8 Dekabr [10:02]
|
|
Müəllif: Sportal.az
|