Portuqaliya millisinin futbolçusu Danilo Pereyra üçün dünya çempionatı başa çatıb.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, o, milli komandanın məşqində zədələndiyinə görə, düşərgəni tərk edib.
31 yaşlı futbolçu aldığı zədəni sağalda bilmədiyindən müalicə üçün Parisə yollanıb. Futbolçu zədəsini sağaltdıqdan sonra PSJ-nin məşqlərinə qoşulacaq.