"Yuventus" italiyalı qolkiperi istəyir

"Yuventus" heyətini qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi yayda Gilyelmo Vikarionu transfer edəcək. "Empoli"də göstərdiyi performansı ilə İtaliya millisinə də cəlb edilən qapıçı yayda "Yuve"nin yolunu tutacaq.

Vikarionun keçidi alınarsa, Voyçex Şesnının yayda komandadan göndərilə biləcəyi də ehtimal edilir.

​"Udineze" yetirməsi olan 26 yaşlı qolkiper "Venetsiya", "Kalyari", "Peruca" klublarının qapısını qoruyub.

Tarix: 8 Dekabr [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Fevral 2023
1  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio