İstanbul klubu müdafiəçi ilə yollarını ayırdı

18:56 - 19 Yanvar 2023

Türkiyənin "Başakşehir" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Aleksandru Epuryanu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Moldovalı mərkəz müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, "Başakşehir" Aleksandru Epuryanunu 2014-cü ilin yayında Rusiyanın "Anji" klubundan transfer etmişdi. 36 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 262 oyunda 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti