Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti təyinat göndərib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov yanvarın 25-də kişi voleybolçular arasında Çempionlar Liqasında B qrupunda yer alan “Halkbank Ankara” (TUR) - “Hebar Pazardzhik” (BUL) klublarının 4-cü tur çərçivəsində keçiriləcək matçını idarə edəcək.

Zülfüqarov Ankaranın “TVF SC Baskent Sports Salonu”unda təşkil olunacaq görüşdə baş hakim olaraq oyunu idarə edəcək. Qarşılaşmada ikinci hakim funksiyasını fransalı Chantal Kaiser yerinə yetirəcək.

Tarix: 24 Yanvar [14:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Fevral 2023
8  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio