"Qarabağ"ın yeni transferi "Gent"ə qarşı oynayacaq?

13:52 - 31 Yanvar 2023

“Qarabağ”ın bu qış yeni transferlərindən olan Yassin Benzianın Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə görüşlərində meydana çıxıb-çıxmayacağı hələ ki, bəlli deyil.

Sportal.az xəbər verir ki, məsələ haqda Qurban Qurbanov “CBC Sport” kanalına açıqlamasında danışıb. Ağdam klubunun çalışdırıcısı yeni transferlərin hazırkı durumu barədə bunları deyib:

“Gent”lə oyuna qədər minimum iki oyunçu tam istədiyimiz kimi hazır olacaq. Yassin Benzia komandaya gec qoşulub. Ola bilər ki, onun hazırlığı digərlərindən aşağıdır. Amma qarşıda vaxtımız var. Həmin oyuna kimi hər şey bilinəcək”.

Xatırladaq ki, "Qarabağ" - "Gent" görüşü fevralın 16-da Bakıda, bir həftə sonra isə Belçikada keçiriləcək.

Mirbağırağa

Xəbər xətti