Türk futbolçu İtaliyada klubunu dəyişdi

18:56 - 31 Yanvar 2023

Türkiyəli futbolçu Koray Günter İtaliyada klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi "Verona"dan "Sampdoriya"ya keçib. Bu barədə Cenoa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli oyunçu mövsümün sonuna kimi icarə əsasında "Sampdoriya"da çıxış edəcək.

 

Qeyd edək ki, Koray Günter "Verona"ya 2020-ci ilin yayında "Cenoa"dan transfer olunub. O, cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti