"Qalatasaray" isveçrəli hücumçunu göndərdi

19:44 - 31 Yanvar 2023

"Qalatasaray" mövsümün sonuna kimi icarəyə götürdüyü Haris Seferoviçin müqaviləsini vaxtıdan əvvəl ləğv edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi ümidləri doğrultmayan isveçrəli hücumçu ilə yollarını ayırıb. 30 yaşlı forvard müqavilə ilə məxsus olduğu "Benfika"ya da qayıtmayıb. Portuqaliya klubu təcrübəli futbolçunu mövsümün sonuna kimi "Selta"ya icarəyə verib.

 

Qeyd edək ki, "Qalatasaray" Haris Seferoviçi mövsümün əvvəlində "Benfika"dan 1 illik icarəyə götürüb. Təcrübəli forvard "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti