"Sevilya"nın legioneri Türkiyəyə yollanmağa hazırlaşır

15:28 - 1 Fevral 2023

“Sevilya”nın hücumameyilli yarımmüdafiəçisi Adnan Yanuzay Türkiyəyə yollanmağa hazırlaşır.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Əndəlusiya klubunun əsas heyətində möhkəmlənə bilməyən belçikalı özünə yeni iş yeri axtarır. 

O, “Başakşehir”dən gələn təklifi dəyərləndirmək haqda düşünür. Türkiyədə “transfer pəncərəsi” fevralın 8-nə qədər açıq olduğundan o, İstanbula yollanmağa tələsmir. 

Yaxın günlərdə onun “Başakşehir”ə icarəyə, yoxsa birbaşa müqaviləyə yollanacağı dəqiqləşəcək. 27 yaşlı futbolçunun “Sevilya” ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq. 

Yanuzay “Mançester Yunayted”, “Borussiya”(Dortmund), “Sanderlend”, “Real Sosyedad” klublarının formasını geyinib.

Xəbər xətti