Rəşad Sadıqov: "Başa düşmədim ki, baş hakim niyə VAR-a çağırıldı?"

19:49 - 1 Fevral 2023

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 20-ci turunun "Neftçi" ilə görüşündən sonra mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

"Oyun planlaşdırdığımız kimi keçdi. Həftəboyu rəqibə pressinq etməyə hazırlaşmışdıq. Demək olar ki, matç bizim üstünlüyümüz şəraitində keçdi. Qapımıza ciddi zərbə yox idi. "Neftçi"nin üstün tərəflərindən biri ikinci mərtəbədir. Bu avantajdan da istifadə etdilər. Azlıqda da cəhdlər etdik. Qələbə qazanmaq istədiyimiz oyunda, uduzduq. "Neftçi"ni təbrik edirəm".

- Donald Geryeyə qırmızı vərəqə göstəriləndə hakimə əl çaldınız. Sözünüz yox idi ona?
Sualım var idi. Müəyyən səviyyədə izah olundu. Epizod sarıdırsa, hakim VAR-a dəvət edilir? Oyundankənar vəziyyətdir, epizod da sarı vərəqə. Niyə hakim dəvət edilir VAR-a? Ofsayda görə VAR-a çağırılmırlar. Kart qırmızıdırsa, razılaşardımki, dəvət edilsin. Yəqin ki, hansısa izahı olacaq. Çox qaydalar var VAR-da, qarışıqlıq çoxdur. Hamdiunun Kvirkveliya ilə epizoduna etiramız var idi. Bu il bele epizodlarda penaltilər çox görmüşük. Amma nədənsə, VAR susdu.

- Növbəti oyunlarda "Neftçi" ilə xalları eyniləşdirmək çətin olmayacaq?
Hədəfimiz kubok və yaxud da dördlüklə yer alaraq Konfrans Liqasına vəsiqə qazanmaqdır. Bu il Sabah"ın göstərdiyi yüksək performans hiss olunur. "Neftçi" və "Qarabağ" böyük komandalardır, onlara qarşı oynamaq həmişə çətindir. Real görünən dördlükdür. Hamı istəyər birinci, ikinci olsun. Kubok oyunlarında da baş verən nəticələr, 4-lüyü tutub Konfrans Liqasına yollanmağı risk altına qoyur. Sona qədər mübarizə aparacağıq. Avrokubokları istəyiriksə, yolumuz budur. Dördüncü yeri qorumalıyıq. "Neftçi" kuboku qazanarsa, biz gedəcəyik Konfrans Liqasına. Oyun planında futbolçulardan razı qaldım. Müəyyən xırdalıqlar çatmırdı. 0:1-dən sonra əks-hücumda tutdular bizi. Amma balanslaşmış oyun getdi. Yolumuza davam edəcəyik. Oyun planında da müəyyən dəyişikliklər etməyə çalışırıq. Gələn ilin planını cızırıq. Bu il alınmasa, gələn mövsüm üçün rəqabətə hazır olaq.

- Altı qırmızı vərəqə ilə cəzalandırılıb futbolçularınız. Bu, intizamsızlıq anlamına gəlir?
Ehtiyatsızlıq anlamına gəlir. Çünki alınan kartların çoxu oyun epizoduna görədir. Bir çox oyunlarda azlıqda qalırıq. Bu, məni üzür. Azlıqda "Kəpəz"ə qalib gəldik, "Sabah"la sona qədər mübarizə apardıq. Mütləq tədbir görməliyik ki, təkrarlanmasın.

- Hakimlərin nəyisə izah etdiyini dediz. Nə dedilər?
Başa düşmədim. Vaxtımız yox idi danışmağa. Rəşad dedi ki, VAR-a getməyim doğru idi. Baş hakim oyundankənar vəziyyətdən sonra niyə VAR-a çağrıldı? Maraqlıdır, bilmirəm.

Mirbağırağa

Xəbər xətti