Sloveniya mətbuatı: "Qarabağ" "Sportinq"in keçmiş qolkiperini istəyir

15:08 - 3 Fevral 2023

“Qarabağ” daha bir qolkiperlə maraqlanır.

Sportal.az Sloveniyanın "Nogomani" portalına istinadən xəbər verir ki, "Maribor"un qapıçısı Ajbe Yuqa Ağdam təmsilçisinin məşqçilər korpusunun diqqətini cəlb edib.

Amma keçidin bu qış “transfer pəncərəsi”, yoxsa yayda baş tutacağı barədə məlumat verilməyib. 

30 yaşlı sloveniyalı daha əvvəl Fransanın "Bordo", Portuqaliyanın "Sportinq" və Niderlandın "Fortuna"(Sittar) klublarının qapısını qoruyub.

Xəbər xətti