"Şamaxı"nın qapıçısı: "İnanıram ki, biz sonuncu olmayacağıq"

14:55 - 27 Fevral 2023

"Şamaxı"nın qapıçısı Rəşad Əzizli Premyer Liqanın 24-cü turunun "Sabah"la matçından sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı qolkiper güclü rəqiblə oyunda qələbəyə inandıqlarını deyib:

 

"Sabah"la matçda qələbə qazanacağımızı gözləyirdim. Oynadığımız matçlar göstərir ki, biz qalib gələ bilərik. Əvvəlki görüşlərdə təcrübəsizlikdən son nöqtəni qoya bilmirdik. "Sabah"la oyunda məşqçilərin verdiyi bütün tapşırıqları yüz faiz yerinə yetirdik". 


Rəşad Əzizli "Şamaxı"nın Premyer Liqada qalacağına inandığını bildirib:

 

"Hələ qarşıda çox matçlar var. Kimin çempionatı tərk edəcəyini bilmək olmaz. Biz öz işimizi görüb xallar toplayıb daha yuxarı pillələrə qalxmaq istəyirik. İnanıram ki, biz sonuncu olmayacağıq".

 

Elçin Əlixan

Xəbər xətti