Millimizin rəqibinin hücumçusu zədələndi

16:31 - 19 Mart 2023

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriyanın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, yığmanın hücumçusu Marko Arnautoviç sıradan çıxıb. "Bolonya"nın futbolçusu İtaliya A Seriyasının 27-cı turunun "Salernitana" ilə matçında (2:2) ayağından zədələnib. 65-ci dəqiqədə oyuna girən 34 yaşlı forvard 81-ci dəqiqədə meydanı tərk etməli olub.

Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması 27 mart tarixində baş tutacaq.

Xəbər xətti