Almaniyadakı azərbaycanlı forvard: "Ən yaxşı olmağa çalışırıq"

14:51 - 1 Aprel 2023

Almaniyanın Qərb Regional Liqasında çıxış edən "Şalke-2"nin formasını geyinən azərbaycanlı forvard Rüfət Dadaşov məqsədlərindən danışıb.

Sportal.az "WAZ"a açıqlama verən Rüfət çempionatı üst pillədə başa vurmaq istədiklərini söyləyib:

"Etiraf etmək lazımdır ki, "Borussiya-2" (Münhenqladbax) bu mövsüm çox yaxşı çıxış edir. Ancaq hədəfimizə doğru getməli və liqada ikinci ən yaxşı olmağa çalışırıq. Bu mövsümdən maksimum yararlanmağa çalışmaq istəyirik".

"Şalke-2" 39 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti