"Milan"ın futbolçusu üçün mövsüm başa çatdı

20:17 - 11 May 2023

“Milan” aparıcı oyunçularından birini itirib.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, “rossonyerlər”in yarımmüdafiəçisi İsmael Bennaser Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə ilk oyununda (0:2) dizindən zədələnib.

MRT müayinəsindən keçən əlcəzairli futbolçunun bu mövsüm bir daha daha komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Yaxın vaxtlarda Bennaser artroskopik əməliyyat keçirməli olacaq.25 yaşlı futbolçu “Arles”, “Arsenal”, “Tur”, “Empioli”də oynadıqdan sonra 2019-cu ildə “Milan”a keçmişdi.

Xəbər xətti