Çempionlar Liqası: "Mançester Siti" finalda - YENİLƏNİB

00:52 - 18 May 2023

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Siti" yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Real"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Bu komandalar arasında Madriddə keçirilən ilk oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasında finala yüksələn ilk komanda "Milan"ı mübarizədən kənarlaşdıran "İnter"dir.

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 4:0

Qollar: Bernardo Silva, 23, 37, Eder Militao, 76 (avtoqol), Julian Alvarez, 90+1

Xəbər xətti