"Sabah"ın qapıçısı üçün əlamətdar oyun

13:30 - 18 May 2023

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşıb. Matç Masazır təmsilçisinin gənc qapıçısı Rüstəm Samiqullin üçün əlamətdar olub. Belə ki, 20 yaşlı qolkiper Premyer Liqada ilk oyununu keçirib. Rüstəm debüt matçında qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, “Kapital Bank Arena”da keçirilən görüş "Sabah"ın böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.

Xəbər xətti