"Sumqayıt" - "Şamaxı" matçında 7 qol - VİDEO

19:48 - 18 May 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXIX tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Sumqayıt-2" doğma meydanda "şamaxı-2"ni qəbul edib. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 36-ya yüksəldən "Şamaxı-2" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 19 xalla 14-cü yerdədir.

“Sumqayıt-2” 3–4 “Şamaxı-2”

Qollar: Rüfət Abdullazadə, 3; 35; Uğur Cahangirov, 32 // Fərid Nadirov, 81; Asim Əlizadə, 85; Nihad Həsənzadə, 90; Sadiq Hüseynli, 90+5

Xəbər xətti