"Zirə"nin legioneri "Sabah"a qarşı oynaya bilər

15:44 - 19 May 2023

"Zirə"nin müdafiəçisi Vild-Donald Gerye məşqləri bərpa edib.

Sportal.az xəbər verir ki, haitili futbolçu zədəsini sağaldaraq kollektivə qoşulub.

Premyer Liqanın 28-ci turunun “Neftçi” (1:1) ilə görüşündə zədələnərək sıradan çıxmış Geryenin növbəti turda “Sabah”a qarşı oynaması gözlənilir.

Zədə səbəbindən komandanın legionerləri Filipe Paxtmann, Məhəmməd Hamdaui və Vladislav Kulaç mövsümü vaxtından əvvəl başa vurub.

Xəbər xətti