"Əminəm ki, bir gün biz də Çempionlar Liqasını qazanacağıq"

13:44 - 22 May 2023

PSJ-nin qapıçısı Canluici Donnarumma komandasının Çempionlar Liqasındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, "Telefoot"a danışan italiyalı qolkiper Paris klubunun ÇL-i qazanmaq şanslarını dəyərləndirib:

"Həqiqətən ÇL-də sona qədər getməyi çox istəyirdik. Biz bütün yolu qət etmək niyyətindəydik. Ancaq Çempionlar Liqası mümkünsüzə çevrilməməlidir. Əminəm ki, biz də bir gün Çempionlar Liqasını qazanacağıq, çünki klub və onun azarkeşləri buna layiqdirlər. Zirvəyə çıxmaq üçün nə lazımdırsa edəcəyik. Bəzi mövsümlər digərlərindən daha çətindir. Daha yaxşı çıxış etmək, daha çox şeyə nail olmaq istəyirdik, amma alınmadı. Amma biz mütləq gələn mövsüm daha yaxşı çıxış edəcəyik".

Xəbər xətti