Çempionlar Liqası: Final oyununu idarə edəcək baş hakimin adı açıqlandı

17:34 - 22 May 2023

Çempionlar Liqasının final görüşünün hakimi bəlli olub.

Sportal.az xəbər verir ki, "Mançester Siti " və "İnter" arasında keçiriləcək həlledici matçı FİFA referisi Şimon Marçinyak idarə edəcək.

Polşalı referi ÇL-in yarımfinal mərhələsinin "Mançester Siti" - "Real" görüşünün də baş hakimi olmuşdu. 

Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 10-da İstanbuldakı "Atatürk Olimpiya Stadionunda" keçiriləcək. 

Xəbər xətti