Kipr çempionatının qalibi bəlli oldu

18:08 - 22 May 2023

Kipr çempionatının qalibi bəlli olub.

Sportal.az xəbər verir ki, "Aris" 2022/2023 mövsümündə çempionluğunu rəsmiləşdirib.

Limassol təmsilçisi mövsümün sonuna bir tur qalmış aktivindəki xalları 74-ə yüksəldərək qızıl medallara sahib çıxıb.

Adıçəkilən klub tarixində ilk dəfə ölkə çempionluğunu qazanıb.

Xəbər xətti