"Neftçi" və "Kəpəz"in futbolçusu milliyə dəvət edildi

19:29 - 23 May 2023

Azərbaycan klublarının futbolçuları AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belarusun iyunda İsrail (16 iyun) və Kosovo (19 iyun) ilə keçirəcəyi oyunların genişləndirilmiş siyahısına daxil edilib.

Sportal.az xəbər verir ki, 33 futbolçu arasında "Neftçi"nin hücumçusu Yeqor Boqomolski və "Kəpəz"in müdafiəçisi Yeqor Xvalko yer alıb.

Qarşıdakı oyunlara yollanacaq 23 futbolçunun yekun siyahısı toplanış ərəfəsində açıqlanacaq. (ABFF)

Xəbər xətti