Krivotsyukun komandası kubokda mübarizəni dayandırdı

10:44 - 25 May 2023

Futbol üzrə Cənubi Koreya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Jeju" ilə qarşılaşıb. 4:3 hesablı qələbə qazanan meydan sahibləri adını 1/4 finala yazdırıb.

Anton Krivotsyuk bu matçın iştirakçısı olmayıb. 24 yaşlı müdafiəçinin adı görüşün sifariş ərizəsinə daxil edilməyib.

Xəbər xətti