Tovuzda qeyri-etik hərəkət edən hücumçunun cəzası açıqlandı

13:35 - 25 May 2023

“Səbail”in futbolçusu Qoba Zakpanın cəzalı müəyyənləşib.

Sportal.az xəbər verir ki, AFFA İntizam Komitəsi portuqaliyalı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.

Buna səbəb 31 yaşlı forvardın Premyer Liqanın XXXV turunda “Turan Tovuz”la keçirilən görüşdə qeyri-etik hərəkəti olub. "Səbail" isə 1600 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Turan Tovuz” – “Səbail” matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti