Çexiya mətbuatı: "Qarabağ"ı burada yaxşı tanıyırlar"

14:26 - 25 May 2023

Çexiya mətbuatı "Sparta"nın Çempionlar Liqasının təsnifat mərhələsindəki potensial rəqiblərini müzakirə edərkən "Qarabağ"ı xüsusi vurğulayıb.

Sportal.az xəbər verir ki, "iDNES.cz" portalı Ağdam klubunun Praqa təmsilçisi üçün ən çətin rəqiblər sırasına yazıb:

"Dinamo” (Zaqreb, Xorvatiya), “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Kopenhagen” (Danimarka) Çempionlar Liqasının təsnifat mərhələsində “Spartanın ən çətin potensial rəqibləridir. İtaliya çempionatının qarşıdakı turlarında sürpriz olmasa, o zaman Çexiya çempionu avrokuboklara üçüncü mərhələdən başlayacaq. “Slovan”, “Ferentsvaroş” və “Qarabağ” iki mərhələ keçməli olacaq ki, “Sparta” ilə qarşılaşsın. “Qarabağ”ı Çexiyada yaxşı tanıyırlar. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda “Viktoriya” ilə mübarizə apardılar (0:0, 1:2). Cavab görüşündə “Qarabağ” matç ərzində üstünlüyə yiyələnsə də, qapıçının kobud səhvləri üzündən məğlub oldular. Çexiyalı qapıçı isə inamlı idi".

Mirbağırağa

Xəbər xətti