"Neftçi" və "Qəbələ"nin baş məşqçiləri jurnalistlər önünə çıxacaq

18:17 - 25 May 2023

İyunun 3-də keçiriləcək Azərbaycan Kubokunun final qarşılaşmasının oyunöncəsi hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı bəlli olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iyunun 2-də öncə Laurentsiu Regekampf mətbuat önünə çıxacaq. Ardınca isə Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

2 iyun, saat 17:30 - Laurentsiu Regekampfın mətbuat konfransı;

2 iyun, saat 18:00 – “Neftçi” komandasının oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq);

2 iyun, saat 19:30 - Elmar  Baxşıyevin mətbuat konfransı;

2 iyun, saat 20:00 – “Qəbələ” komandasının oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq)

Xəbər xətti