Yığmamızın oyununun vaxtı və məkanı dəqiqləşdi

11:34 - 26 May 2023

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun başlama vaxtı müəyyələşib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.

Xəbər xətti