"Qəbələ" "Şaxtyor"un sabiq futbolçusu ilə yollarını ayıracaq

11:06 - 29 May 2023

"Qəbələ" legionerlərdən biri ilə müqavilə müddətini artırmayacaq.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Andriy Strijyakla yollarını ayıracaq. Buna səbəb 23 yaşlı futbolçunun yaydan bu yana özünü sübut edə bilməməsidir. Klub ukraynalı ilə müqavilə müddətini artırmağa ehtiyac duymayıb.

"Şaxtyor"un yetirməsi olan Strijyak “Qəbələ”yə qədər “Arsenal”(Kiyev), “Vorskla”, “Çernomorets”, “Metallist”(Xarkov), “Olimpik”(Donetsk), “Medimurye” klublarında oynayıb.

Xəbər xətti