Renat Dadaşov mövsümün son matçında qol ötürməsi ilə yadda qaldı

22:18 - 29 May 2023

İsveçrə Superliqasında sonuncu - 36-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə "Bazel"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard 77-cı dəqiqədə meydana çıxıb. Millimizin üzvü komandasının vurduğu qolun ötürməsini edib.

36 turdan sonra 44 xal toplayan "Qrasshopper" çempionatı 10 komanda arasında 7-ci pillədə başa vurub.

Xəbər xətti