Ukrayna millisinin qapıçısı "Real"da qalmayacaq

14:31 - 1 İyun 2023

Ukrayna millisinin qapıçısı Andrey Lunin "Real"dan ayrılacaq.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 24 yaşlı oyun praktikasından əziyyət çəkdiyi üçün bu addımı atacaq. Başa çatan mövsümdə İspaniya Primerosunda cəmi yeddi matçda meydana çıxmış Lunin durumundan narazıdır.

"Real"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq ukraynalı Avropada özünə yeni komanda tapmaq istəyir. “Metallist” yetirməsi olan Andrey “Dnepr”, “Zorya”, “Leqanes”, “Valyadolid”, “Ovyedo” klublarının qapısını qoruyub.

Xəbər xətti