"Çelsi" 16 yaşlı futbolçu transfer etdi

21:53 - 5 İyun 2023

İngiltərənin "Çelsi" klubu gənc futbolçu transfer edib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "İndependiente"dən Kendri Payesi rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hazırda 16 yaşı olan ekvadorlu yarımmüdafiəçi 18 yaşı tamam olduqdan sonra "Çelsi"yə qoşulacaq.

Qeyd edək ki, Kendri Payes cari mövsümdə "İndependiente"nin əsas komandasının heyətində meydana çıxdığı 6 matçda 1 qol vurub.

Xəbər xətti