Azərbaycan millisinin üzvü: "Danışıqlar davam edir"

11:30 - 6 İyun 2023

"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə yeni mövsümə başqa komandada başlayacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü "Sumqayıt"a keçə biləcəyi haqda yayılan xəbələrə münasibət bildirib.

30 yaşlı futbolçu yeni mövsümə hansı komandada başlayacağı haqda bunları deyib:

"Təkliflərim var. İndinin özündə də, komandalarla danışıqlar davam edir. Amma heç bir komanda ilə razılıq əldə olunmayıb. Yaxın günlərdə hər şey dəqiqləşəcək".

"Sumqayıt" yetirməsi olan Bəxtiyar "Zirə"də oynadıqdan sonra 2020-ci ildə "Sabah"la anlaşmışdı. Onun Masazır klubu ilə müqaviləsi bu ayın sonunda başa çatacaq.

Mirbağırağa

Xəbər xətti