"Fənərbaxça"nın iki futbolçusu toya görə kubokun finalında oynamayacaq

18:20 - 6 İyun 2023

"Fənərbaxça" Türkiyə Kubokunun final matçında "Başakşehir"lə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Qapıçı Altay Bayındırla müdafiəçi Linkoln Enrike zədəlidir.

Yarımmüdafiəçi Migel Krespo ilə hücumçu Coşua Kinq isə başqa səbəbə görə finalda komandaya kömək edə bilməyəcək. Hər iki oyunçunun 10 iyun tarixində toyu olacaq. Futbolçular toy tarixini dəyişə bilmədikləri üçün vacib görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, "Fənərbaxça" - "Başakşehir" qarşılaşması 11 iyun tarixində Bakı vaxtilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti