"Mançester Yunayted"i "Reyncers"ə dəyişdi

21:15 - 6 İyun 2023

Şotlandiyanın "Reyncers" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü icarə əsasında "Mançester Yunayted"də keçirmiş Cek Butlandı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Mançester Yunayted" Cek Butlandı 2022-ci ilin yayında "Kristal Pelas"dan icarəyə götürmüşdü. İngiltərəli "əlcək sahibi" "qırmızı şeytanlar"ın heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti