"Tottenhem"də argentinalı hücumçu - RƏSMİ

20:12 - 8 Avqust 2023

İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, şimali londonlular "Rosario Sentral"dan Alexo Velisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Tottenhem" 19 yaşlı hücumçu üçün Argentina klubuna 15 milyon avro təzminat ödəyib. Gənc forvard Premyer Liqa təmsilçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Alexo Velis "Rosario Sentral"ın yetirməsidir. O, komandanın heyətində meydana çıxdığı 62 rəsmi matçda 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti