Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubunda çıxış edən Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
Sportal.az xəbər verir ki, bu, sosial şəbəkə ilə bağlıdır. Portuqaliyalı hücumçunun "Instagram"da izləyicilərinin sayı 600 milyonu keçib.
Ulduz futbolçu "Instagram"da 600 milyon izləyicisi olan ilk şəxs olub.