"Mançester Siti" "Sevilya"nı məğlub edərək UEFA Super Kubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, bu titul İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.
İspan mütəxəssis Super Kuboku üç fərqli klubda başı üzərinə qaldıran ilk baş məşqçi kimi tarixə düşüb. O, daha əvvəl iki dəfə "Barselona"da, bir dəfə isə "Bavariya"da Super Kubok sevinci yaşayıb.
Qvardiola həmçinin Super Kuboku ən çox qazanan Karlo Ançelottinin rekordunu da təkrarlayıb. Hər iki mütəxəssis dörd dəfə bu sevinci yaşayıb.